Rusiya Ukraynaya məxsus iki Su-25 təyyarəsini vurub

Rusiya Ukraynaya məxsus iki Su-25 təyyarəsini vurub
# 16 may 2022 12:21 (UTC +04:00)

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Yevgenovka və Velika Kamışevaxa yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini havada vurub. Həmçinin Xarkov vilayətinin Malaya Kamışevaxa, Snejkovka, Şpakovka, İvanovka və Xerson vilayətinin Çernobaevka ərazilərində “Smerç” reaktiv yaylım atəş sisteminin 18 raketi vurulub", deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Rusiya hava hücumundan müdafiə sistemlərinin İlan adası yaxınlığında Ukraynanın Su-24 bombardmançı təyyarəsini vurduğunu da söyləyib. O, ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin iki Tu-143 "Reys" daxil olmaqla, 10 pilotsuz uçuş aparatını vurduğunu da qeyd edib.

Rusiya MN sözçüsü Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 168 təyyarə, 125 helikopter, 889 pilotsuz uçuş aparatı, 307 zenit-raket kompleksi, 3108 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi qurğusu, 1529 səhra artilleriya qurğusu və minaatanlar, həmçinin 2949 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR