Rusiya Ukraynaya məxsus üç “Mi-8” helikopterini vurub

Rusiya Müdafiə Nazirliyi

© APA | Rusiya Müdafiə Nazirliyi

# 07 may 2022 21:27 (UTC +04:00)

Rusiya operativ-taktiki və ordu aviasiyası desant qoşunları ilə birlikdə “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“İlan” adasında Ukraynaya məxsus “Su-24” bombardmançısı, bir “Su-27” qırıcısı, üç “Mi-8” helikopteri və iki “Bayraktar-TB2” pilotsuz uçuş aparatı vurulub. Ukraynanın "Stanislav" hücum kateri də məhv edilib”,- deyə Konaşenkov bildrib.

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətindən "İsgəndər" raketləri ilə ABŞ və Aİ-dən Ukrayna Silahlı Qüvvələrinə verilən silahları və Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini vurub.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Ordusunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR