Rusiya Ukraynaya silah tədarük edən Avropa şirkətlərinə sanksiya tətbiq edib

Rusiya Ukraynaya silah tədarük edən Avropa şirkətlərinə sanksiya tətbiq edib
# 07 sentyabr 2022 15:01 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) bəzi nümayəndələrinə sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Avropa İttifaqının ali hərbi rəhbərliyi, Aİ-yə üzv ölkələrin hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşları, Ukraynaya hərbi məhsulların tədarük edən silah və hərbi texnikanın istehsalı ilə məşğul olan Avropa kommersiya təşkilatlarının nümayəndələrinin Rusiyaya Federasiyasına girişi qadağan edilib.

Rusiya XİN sanksiya tətbiq etdiyi Aİ nümayəndələrinin, konkret şəxslərin adını açıqlamayıb. Bu tədbirin Aİ-nin sanksiyalarına cavab olaraq atıldığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR