Rusiya və ABŞ arasında məhbus mübadiləsi olub

Konstantin Yaroşenko

© APA | Konstantin Yaroşenko

# 27 aprel 2022 15:36 (UTC +04:00)

Rusiya və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

APA-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 27-də Rusiyada həbsdə olan ABŞ vətəndaşı Trevor Ridlə Amerika Birləşmiş Ştatlarında məhbusluq həyatı yaşayan təyyarə pilotu Konstantin Yaroşenko dəyişdirilib.

“Uzun danışıqlar prosesindən sonra aprelin 27-də Trevor Ridlə Yaroşenkonun mübadiləsi baş tutub”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

Xatırladaq ki, Rusiya vətəndaşı Konstantin Yaroşenko 2010-cu ildə Amerika məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR