Rusiya və Çin enerji resurslarına görə ödənişi milli valyuta ilə edəcək

Aleksandr Novak

© APA | Aleksandr Novak

# 18 noyabr 2022 16:04 (UTC +04:00)

Rusiya və Çin enerji resurslarının çatdırılması üçün ödənişləri öz milli valyutaları (rus rublu və Çin yuanı) ilə həyata keçirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

O əlavə edib ki, Rusiya və Çin təbii qazın çatdırılması ödənişlərinin bərabərhüquqlu şəkildə milli valyutalarla edilməsinə keçirlər.

Novak daha öncə Rusiyanın 2022-ci ildə “Sibir gücü” kəməri vasitəsilə Çinə 22 mlrd. kub metr təbii qaz nəql etməyi planlaşdırdığını, 2027-ci ildə isə qaz nəqli həcminin 38 mlrd. kub metrə çatdırılacağını söyləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR