Rusiya və Çin liderləri arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB

Rusiya və Çin liderləri arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB
# 21 mart 2023 19:44 (UTC +04:00)

Bu gün Kremldə Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin arasında geniş tərkibdə görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüşün yekununda Putin və Si Cinpin iki birgə sənəd imzalayıblar.

Bunlar iqtisadi əməkdaşlıq planları haqqında və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanatlardır.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Si Cinpini Rusiyada qəbul etməkdən çox şadıq.

O, çinli həmkarı ilə danışıqların uğurlu və konstruktiv keçdiyini söyləyib.

***

saat 18.18

Kremldə Rusiya və Çin liderləri Vladimir Putun və Si Cinpin arasında geniş tərkibdə danışıqlar başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya tərəfdən danışıqlara baş nazirin müavinləri, iqtisadi blokun nazirləri, “Rosatom” və “Rosneft”in rəhbərləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR