Rusiya və Çin növbəti birgə hava patrulu həyata keçirib

Rusiya və Çin növbəti birgə hava patrulu həyata keçirib
# 30 noyabr 2022 13:01 (UTC +04:00)

Rusiya və Çin Asiya-Sakit Okean regionunda növbəti birgə hava patrulu həyata keçirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiyanın Tu-95MS strateji raketdaşıyıcılarından və Çinin Hun-6K strateji bombardmançılarından ibarət aviaqrup Yaponiya (Şərq dənizi) və Şərqi Çin dənizlərinin suları üzərində uçuşlar həyata keçirib.

Rusiyanın Su-30SM və Su-35S qırıcıları hava qrupunu müşayiət edib.

Birgə hava patrulları zamanı ilk dəfə olaraq Rusiya təyyarələri Çindəki aerodromlara, Çin təyyarələri isə Rusiyadakı aerodromlara eniş ediblər.

Rusiya MN-dən o da bildirilib ki, marşrutun müəyyən mərhələlərində strateji raketdaşıyıcılarını xarici dövlətlərin qırıcıları müşayiət edib, Rusiya və Çin təyyarələri isə beynəlxalq hüququn müddəalarına ciddi şəkildə əməl edib, xarici dövlətlərin hava məkanının pozulmasına yol verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR