Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığı müzakirə edib

Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığı müzakirə edib
# 04 noyabr 2022 16:31 (UTC +04:00)

Rusiya və Ermənistanın müdafiə nazirləri müavinləri Aleksandr Fomin və Karen Brutyan görüş keçirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub.

Həmçinin, görüş zamanı hərbi sahədə hər iki tərəfin maraqlarına uyğun olan digər məsələlərə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR