Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb

Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb
# 05 avqust 2022 22:12 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib.

“Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - Novak bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR