Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub - YENİLƏNİB

Rusiya / Ukrayna

© APA | Rusiya / Ukrayna

# 01 dekabr 2022 20:48 (UTC +04:00)

“Növbəti böyük əsir mübadiləsi həyata keçirildi. Ukraynanın 50 müdafiəçisi evlərinə qayıtdı”.

APA xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Azad olunanlar arasında Mariupol şəhəri və “Azovstal”ın müdafiəçiləri də yer alır.

***

15.53

Rusiya və Ukrayna arasında bu gün hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutacaq.

APA xəbər verir ki, bu barədə qondarma "Donetsk Xalq Respublikası"nın “başçısının” səlahiyyətlərini icra edən Denis Puşilin öz “Telegram” kanalında bildirib.

“Bu gün rəsmi Kiyevlə daha bir mübadilə aparılacaq. Ukrayna Silahlı Qüvvələrinin 50 hərbçisini veririk və əvəzində 50 rus hərbçisini qaytarırıq. Əsirlikdən azad olunan 12 hərbçi “Donetsk Xalq Respublikası”na, 8-i “Luqansk Xalq Respublikası”na aiddir", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR