Rusiya və Ukrayna ombudsmanları repatriasiya olunacaq şəxslərə köməklə bağlı razılığa gəliblər

Rusiya və Ukrayna ombudsmanları repatriasiya olunacaq şəxslərə  köməklə bağlı razılığa gəliblər
# 27 yanvar 2023 05:56 (UTC +04:00)

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets videokonfrans vasitəsilə növbəti görüş zamanı vətənə qaytarılmalı olan ağır yaralıların siyahılarının mübadiləsi barədə razılığa gəliblər.

APA-nın məlumatına görə, bu barədə Rusiya Ombudsmanının Telegram kanalında məlumat verilib.

Moskalkovanın sözlərinə görə, tərəflər vətəninə qaytarılmalı olan ağır yaralıların siyahılarının mübadiləsinə yardım və deportasiyaya məruz qalan vətəndaşların geri qaytarılmasında səlahiyyətli orqanlara kömək göstərmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR