Rusiya vətəndaşlığından imtina etməklə səfərbərlikdən yayınmaq mümkün olmayacaq

Rusiya vətəndaşlığından imtina etməklə səfərbərlikdən yayınmaq mümkün olmayacaq
# 28 sentyabr 2022 16:09 (UTC +04:00)

Çağırış vərəqəsi aldıqdan sonra Rusiya vətəndaşlığından imtina etməklə səfərbərlikdən yayınmaq mümkün deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyada qismən səfərbərliklə bağlı yaradılan “Qaynar xətt”dən bildirilib.

“Yalnız Rusiya Federasiyasının vətəndaşları səfərbərliyə məruz qalırlar. Rusiya Federasiyasının qanunvericiliyi vətəndaşlıqdan könüllü çıxmağı nəzərdə tutur, lakin bu, yalnız vətəndaşın Rusiya Federasiyası qarşısında yerinə yetirilməmiş öhdəlikləri olmadıqda mümkündür. Bu öhdəliklərdən biri də səfərbərlik elan edildikdən sonra hərbi xidmətə çağırışdır. Siz çağırışa qədər çıxıb vətəndaşlığı dəyişə bilərsiniz. Ancaq çağırış gəlibsə, bu, Rusiya Federasiyasının öhdəliyidir "- “Qaynar xətt”dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR