Rusiya XİN: Qırğızıstanda stabillik Rusiyanın marağındadır

Rusiya XİN: Qırğızıstanda stabillik Rusiyanın marağındadır
  • Clock-gray 16:09
  • calendar-gray 09 Avqust 2019

“Rusiya strateji tərəfdaşı və müttəfiqi olan Qırğızıstanda baş verən son hadisələri diqqət mərkəzində saxlayır”.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib. 

Onun sözlərinə görə, Rusiya Qırğızıstandakı vəziyyətə biganə deyil.

“Biz başa düşürük ki, bu dövlət keçmişdən bəri bir çox siyasi sarsıntılar yaşayıb. Qırğızıstanda daxili stabillik Rusiyanın marağındadır. Ümid edirik ki, gərginləşən siyasi vəziyyət və mübahisələr ölkə konstitusiyası çərçivəsində sülh yolu ilə öz həllini tapacaq", - M. Zaxarova vurğulayıb.
 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date