Rusiya XİN: Suriyanın şimalında həbsdə olan İŞİD-çilərin mühafizəsindən narahatıq

Rusiya XİN: Suriyanın şimalında həbsdə olan İŞİD-çilərin mühafizəsindən narahatıq
  • Clock-gray 14:44
  • calendar-gray 17 Oktyabr 2019

“Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra həbsdə olan İŞİD terrorçularının mühafizəsi ilə bağlı vəziyyətdən narahatdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, gərginliyin artmasından terrorçular istifadə ediblər.

“Bu səbəbdən də Suriyanın şimal-şərqində yerləşən həbsxanalarda olan İŞİD-çilərin mühafizəsi məsələsi bizdə böyük narahatlıq doğurur. Bundan başqa, Moskva rəsmi Dəməşqlə kürdlər arasında razılaşmanı alqışlayacaq. Əminik ki, Suriyanın bu bölgəsində, ölkədə və ümumiyyətlə bölgədə davamlı, uzunmüddətli sabitliyə və təhlükəsizliyə nail olmaq yalnız ilk növbədə onun suverenliyi və ərazi bütövlüyünün bərpa olunması əsasında mümkündür. Bu, nəticə etibarı ilə Türkiyə ilə sərhəd daxil olmaqla, bütün milli ərazilərin Suriyanın qanuni hökumətinin nəzarətinə keçməsi deməkdir. Bu baxımdan Dəməşq və kürdlər arasında müvafiq razılaşmaların əldə olunmasını ancaq alqışlaya bilərik”, - deyə M. Zaxarova vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date