Rusiya XİN ABŞ-la diplomatik münasibətləri kəsmək istəmir

Rusiya XİN ABŞ-la diplomatik münasibətləri kəsmək istəmir
# 08 dekabr 2022 04:18 (UTC +04:00)

Rusiya XİN ABŞ-la diplomatik münasibətləri kəsməyi lüzumsuz hesab edir. Digər diplomatik yollar hələ tükənməyib.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Hadisələrin belə inkişafını istəməzdim. Diplomatik əlaqələrin kəsilməsi heç bir siyasi həll yolu qalmadığını, yalnız güc yolunun qaldığını göstərir. Bu bizə lazım deyil” – deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR