Rusiya XİN: Aİ-nin Ukraynaya hərbi yardımı münaqişənin həllini gecikdirir

Andrey Rudenko

© APA | Andrey Rudenko

# 17 may 2022 13:49 (UTC +04:00)

Avropa İttifaqının Ukraynaya 500 milyon avro məbləğində yeni hərbi yardım ayırması münaqişənin həllini gecikdirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Maliyyənin ayrılması və ya birbaşa silah tədarükü bu münaqişənin həllini gecikdirir. Rəhbərliyimiz bunu dəfələrlə bəyan edib”, - rusiyalı diplomat Aİ-nin bir gün əvvəl Ukraynaya yeni hərbi yardımla bağlı qəbul etdiyi qərara münasibət bildirərkən qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR