Rusiya XİN: “Azovstal”da təslim olanların mübadiləsinin müzakirəsi mümkündür

Rusiya XİN: “Azovstal”da təslim olanların mübadiləsinin müzakirəsi mümkündür
# 23 may 2022 13:21 (UTC +04:00)

Rusiya “Azovstal” zavodunda təslim olan ukraynalı hərbi əsirlərin mübadiləsinin müzakirəsini mümkün hesab edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu, mənim səlahiyyətimdə deyil, amma yəqin ki, bu, hardasa müzakirə olunur. Mən sağlam düşüncəyə zidd olmayan hər hansı ehtimalı qəbul edirəm”, - deyə Rudenko jurnalistlərə rusiyalı məhbuslarının “Azovstal”dakı ukraynalılarla dəyişdirilməsi imkanının hazırda müzakirə olunub-olunmaması sualını cavablandırarkən deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR