Rusiya XİN başçısı: Avropa öz maraqlarını qoruya bilmir

Rusiya XİN başçısı: Avropa öz maraqlarını qoruya bilmir
# 07 dekabr 2022 14:01 (UTC +04:00)

“Avropa hələ də öz maraqlarını qoruya bilmir, Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri bunu təsdiqləyir”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” Beynəlxalq Forumunda çıxışında deyib.

"Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır. Avropanın bu maraqları qoruya bilməməsi, mənim fikrimcə, həm də tibbi faktdır. Ən azı, Makronun Vaşinqtona səfərinin nəticələri mənim bu fikrimi gücləndirir", - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR