Rusiya XİN başçısı dünyadakı ərzaq problemini Qərbin sanksiyaları ilə əlaqələndirib

Rusiya XİN başçısı dünyadakı ərzaq problemini Qərbin sanksiyaları ilə əlaqələndirib
# 11 may 2022 14:09 (UTC +04:00)

“Rusiyanın hərəkətləri dünyada ərzaq problemlərinə təsir göstərmir. Bu problemlər istisnasız olaraq Qərbin qeyri-qanuni sanksiyaları ilə bağlıdır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Bizim hərəkətlərimiz indicə qeyd olunan problemlərə heç bir şəkildə təsir etməyib, edə də bilməz. Bu problemlər istisnasız olaraq Qərb ölkələrinin tətbiq etdiyi qadağalar, qeyri-qanuni sanksiyalar nəticəsində yaranıb”, deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR