Rusiya XİN başçısı: Ukraynanın tələbləri adekvat deyil

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 15 noyabr 2022 14:10 (UTC +04:00)

Ukraynanın tələbləri adekvat deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ukrayna qeyri-real şərtlər irəli sürüb.

“Zelenskinin G20-dəki çıxışından belə çıxır ki, o, Rusiya ilə danışıqlarla bağlı Qərbin heç bir məsləhətinə qulaq asmır. Rusiya Qərbin Zelenskini intizamda saxlamaqda maraqlı olduğuna dair konkret sübutlar görmək istəyir”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov onu da bildirib ki, Ukrayna danışıqlardan nə qədər çox müddət imtina etsə, razılaşmaq bir o qədər çətin olacaq: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir. Danışıqlardan imtina edən tərəf Ukraynadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR