Rusiya XİN biometrik pasportların verilməsinin dayandırılması səbəblərini açıqlayıb

Rusiya XİN biometrik pasportların verilməsinin dayandırılması səbəblərini açıqlayıb
# 29 avqust 2022 02:22 (UTC +04:00)

Rusiya XİN səfirliklər tərəfindən biometrik pasportların verilməsinin dayandırılması səbəblərini açıqlayıb.

APA-nın xəbərinə görə, XİN sözçüsü Mariya Zaxarova bunu texniki işlərlə izah edib.

Qeyd edək ki, avqustun 26-dan Rusiyanın Azərbaycan, Almaniya, Latviya və Türkiyədəki səfirliklərində elektron informasiya daşıyıcı olan pasportların verilməsi müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR