Rusiya XİN: BMT nümayəndələri ilə taxıl sazişinə dair fikir mübadiləsi aparılıb

Rusiya XİN

© APA | Rusiya XİN

# 12 noyabr 2022 15:18 (UTC +04:00)

Rusiya nümayəndə heyəti və BMT arasında Cenevrədə baş tutan “taxıl sazişi”nə dair danışıqlara Rusiya tərəfdən şirkətlər və müxtəlif qurumlar da qoşulub.

APA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Noyabrın 11-də Cenevrədə keçirilmiş danışıqların növbəti mərhələsində Rusiya XİN rəhbərinin müavini Sergey Verşinin BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebekka Qrinspen, BMT Baş katibinin müavini Martin Qriffitsin də daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

“Keçirilən görüşdə Ukrayna kənd təsərrüfatı məhsullarının “Qara dəniz razılaşması” əsasında daşınması, Rusiya kənd təsərrüfatı məhsullarının ixracının Rusiya-BMT memorandumuna əsasən normallaşdırılması məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb”, - XİN-dən bildirilib.

O da qeyd olunub ki, bu məsələlər qlobal qida təhlükəsizliyinin təmin olunması üçün tərtib olunmuş tədbirlər planı paketlərindən birinin əsas hissəsini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR