Rusiya XİN-in binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rusiya XİN-in binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 06 yanvar 2023 20:53 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin binasında baş verən yanğın tamamilə söndürülüb, xəsarət alan yoxdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Smolenskaya-Sennaya meydanı, ev 30, bina 2-də saat 17.20-də 2 kvadratmetr sahədə yüngül yanğın baş verib, saat 17.43-də yanğın tamamilə söndürülüb.

***

19.23

Rusiya Xarici İşlər Nazirliyinin binalarından birində yanğınsöndürmə sistemi işə düşüb.

APA RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat katibi Mariya Zaxarova deyib.

O, hadisənin qısa qapanma səbəbi ilə baş verdiyini, ərazidə yanğınsöndürənlərin olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR