Rusiya XİN: İstanbulda Lavrov-Kuleba görüşü gözlənilmir

Lavrov, Kuleba

© APA | Lavrov, Kuleba

# 25 aprel 2022 12:53 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun ukraynalı həmkarı Dmitri Kulebanın İstanbulda görüşü hələlik gözlənilmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

“Lavrov və Kulebanın İstanbulda görüşü hələ ki gözlənilmir. O ki, qaldı Rusiya və Ukrayna nümayəndə heyətlərinin əyani görüşünün keçirilməsi perspektivlərinə, bu görüş məzmunlu razılaşmalar olan kimi baş tuta bilər. Hələlik məzmunlu razılaşmalar yoxdur”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR