Kanadanın Rusiyaya qarşı düşmənçilik fəaliyyətləri, o cümlədən sanksiya siyahılarının genişləndirilməsi Moskva tərəfindən cavabsız qalmayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyası Kanadanın nasizmlə oyun oynaması ilə barışmaq niyyətində deyil və Moskva ilə Ottava arasında münasibətlər kontekstində lazımi addımları atacaq.
"Kanada parlamentində nasisti şərəfləndirmək rusofobiyaya istiqamətlənmiş Trüdo rejimini xarakterizə edir", deyə Rusiya XİN-nin bəyanatında vurğulanıb.