Rusiya XİN: Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb

Rusiya XİN: Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb
# 17 may 2022 13:33 (UTC +04:00)

Kiyev Rusiyanın təklif etdiyi müqavilə layihəsinə cavab verməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Moskvanın təklif etdiyi saziş layihəsinə Ukrayna tərəfinin cavabının alınıb-alınmaması ilə bağlı sualı cavablandıran nazir müavini Kiyevdən cavab gəlmədiyini söyləyib.

Rudenko bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davamlı aparılmır, Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb: "Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR