Lavrovun müavini: "Kiyevin sülh yolu ilə həll tapmaq istəyi şübhəlidir"

Rusiya XİN

© APA | Rusiya XİN

# 25 may 2022 12:00 (UTC +04:00)

Zelenskinin Moskva ilə danışıqların yalnız Rusiya fevralın 24-dək olan mövqelərinə qayıtdıqdan sonra bərpa olunacağı ilə bağlı bəyanatı Kiyevin sülh yolu ilə həll tapmaq istəyinin səmimiliyinə şübhə yaradır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu baxımdan, Zelenskinin bəyanatını çətin ki, konstruktiv qiymətləndirə bilək. Xatırlatmaq istərdim ki, Ukrayna xüsusi hərbi əməliyyatın başladığı ilk gündən danışıqlarda fəal iştirak edib və heç bir şərt qoymayıb. Əgər onlar indi burada şərtlər qoyurlarsa, bu, onların sülh yolu ilə həll tapmaq istəyinin səmimiliyinə bizdə şübhə yaradır”, - rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR