Rusiya XİN NATO-nun Gürcüstandakı təlimini ciddi təhdid adlandırıb

Rusiya XİN NATO-nun Gürcüstandakı təlimini ciddi təhdid adlandırıb
# 14 sentyabr 2022 12:38 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda keçirilən “Noble Partner 2022” təlimlərində NATO-nun ağır hərbi texnikasının Avropadan Gürcüstana gətirilməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar təlimlər zamanı ağır hərbi texnikanın Gürcüstana gətirilməsinə Moskvanın diqqət çəkdiyini söyləyib.

Onun sözlərinə görə, Moskva Gürcüstanın NATO-ya cəlb edilməsi istiqamətində davam edən kursu və onu müşayiət edən fəaliyyəti, o cümlədən, ABŞ və alyans ölkələrinin iştirakı ilə Gürcüstanın ərazisində müntəzəm hərbi təlimlər keçirmək vasitəsilə onun müasir silah növləri ilə təchiz olunmasını görür: “Bu, təkcə Rusiyanın maraqlarına və bizim regiondakı müttəfiqlərimizə meydan oxumaq deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə ciddi təhdiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR