Rusiya XİN: Qazaxıstanda iğtişaşların sifarişçiləri haqqında danışmaq hələ tezdir

Rusiya XİN: Qazaxıstanda iğtişaşların sifarişçiləri haqqında danışmaq hələ tezdir
# 19 yanvar 2022 12:07 (UTC +04:00)

Qazaxıstanda quldurlar hibrid terror aktı həyata keçiriblər, məqsəd dövlət çevrilişi etmək olub.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində bildirib.

“Aydındır ki, quldurlar hibrid terror aktı həyata keçiriblər, onların yekun məqsədi dövlət çevrilişi olub”, - deyə o, yanvarın əvvəlində Qazaxıstanda baş verənləri şərh edərkən bildirib.

"Almatıdakı iğtişaşları törədənlərin əsas qüvvəsi bəzi ölkələrdən və regionlardan gələnlər idi. Sifarişçilər haqqında danışmaq isə yəqin ki, tezdir. Lakin əminəm ki, Qazaxıstan Respublikasının səlahiyyətli orqanları bu məsələ ilə məşğuldur", - deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR