Rusiya XİN Qazaxıstanda vəziyyətin normallaşmasına ümid edir

Rusiya Xarici İşlər Nazirliyi

© APA | Rusiya Xarici İşlər Nazirliyi

# 05 yanvar 2022 16:05 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

“Qardaş qonşu ölkədə baş verənləri diqqətlə izləyirik. Biz bütün problemlərin küçə iğtişaşları və qanunların pozulması ilə deyil, konstitusiya-hüquqi və dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Rusiyanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, qardaşlıq, insani təmaslarla bağlı olduğu ölkədə vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edirik”, - Rusiya XİN-in məlumatında vurğulanıb.

Qeyd olunub ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkədə vəziyyətin sabitləşməsi üçün atdığı addımları daxili problemlərin dinc yolla həllinə yönəlib: “Rusiyanın Qazaxıstandakı xarici nümayəndəlikləri ilə əlaqə saxlayırıq. Diplomatik və konsulluq nümayəndəliklərimiz ətrafında vəziyyət sakit olaraq qalır. Hazırda əldə olunan məlumata görə, Qazaxıstan Respublikasında Rusiya Federasiyası vətəndaşları arasında xəsarət alan yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR