Rusiya XİN: Qərb Zelenskinin əli ilə nüvə müharibəsini qızışdırır

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 06 oktyabr 2022 22:14 (UTC +04:00)

Qərb Zelenskinin əli ilə planeti məhv edə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya Rusiya Federasiyasına qarşı qabaqlayıcı zərbələr endirmək çağırışlarını şərh edərkən deyib.

"Qərb nüvə müharibəsini qızışdırır və planeti Zelenskinin əli ilə məhv edə bilər", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR