Rusiya XİN Rumıniya səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib

Rusiya XİN Rumıniya səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib
# 08 sentyabr 2022 12:45 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, məlum addım Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını "arzuolunmaz şəxs" elan etəsinə cavabdır.

“Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını "arzuolunmaz şəxs" elan etmək üçün əvvəllər qəbul etdiyi əsassız qərara cavabdır”, - deyə Rusiya XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR