Rusiya XİN: “Şimal axını”nda qəzalar ABŞ kəşfiyyatının nəzarət etdiyi ərazidə baş verib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 29 sentyabr 2022 11:37 (UTC +04:00)

“Şimal axını” kəmərlərinin zədələnməsi ilə nəticələnən qəzalar və bu qəzalardan sonra baş verən sızmalar ABŞ kəşfiyyatın nəzarət etdiyi ərazilərdədir.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live”ın efirində deyib.

“Hadisənin baş verdiyi ərazilərə gəlincə isə, bu, İsveç və Danimarka ticarət-iqtisadi zonalarıdır. Bu həmin ərazilərdir ki, NATO-ya daxildir və ABŞ silahlı qüvvələri və ABŞ xüsusi xidmət orqanları tərəfindən qorunur”, - Zaxarova qəzaların baş verdiyi ərazilər haqda danışarkən bildirib.

Zaxarova onu da əlavə edib ki, qəza baş vermiş ərazilərə tamamilə ABŞ xüsusi xidmət orqanları nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR