Rusiya XİN: Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsi ağıllı addımdır

Rusiya XİN

© APA | Rusiya XİN

# 30 dekabr 2021 14:21 (UTC +04:00)

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına kömək edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Hesab edirik ki, Ankara-İrəvan arasındakı münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına, etimad mühitinin və mehriban qonşuluğun formalaşmasına yardım edərdi. Əgər baxsanız, tarixi perspektivdə, praktikada və reallıqda Rusiya tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün az iş görülməyib. Ankara və İrəvan tərəfindən münasibətlərin normallaşması məqsədi ilə xüsusi nümayəndələrin təyin edilməsi bizim fikrimizcə, məntiqli və ağıllı addımdır. Rusiya dəfələrlə vasitəçilik səylərini göstərməyə hazır olduğunu bəyan edib”, - Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR