“İrəvanda baş verənləri kar da eşidər”.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin ötən gün Ermənistanla bağlı bəyanatından sonra rəsmi İrəvanın Moskvanı eşidib-eşitməməsi ilə bağlı suala cavabında bildirib.
"Mənə elə gəlir ki, orada ümumilikdə baş verənləri hətta kar da eşidər. Bu, təkcə Moskvanın reaksiyası məsələsi deyil, bu, ümumilikdə bütün dünya üzrə gedən reaksiyadır. O ki qaldı Moskva ilə İrəvan arasındakı təmaslara, onlar müxtəlif səviyyələrdə davam edir. Ümid edirik bizim siqnallarımız eşidiləcək və lazımi şəkildə qəbul olunacaq. Rusiya hər zaman Ermənistanla müttəfiqlik münasibətlərinə diqqətlə yanaşıb, heç vaxt bu münasibətlərin gərginləşməsinin təşəbbüskarı olmayıb. Rusiya ən çətin vəziyyətlərdə Ermənistan xalqına maksimal dərəcədə dəstək verib. Bundan sonra da belə olacaq”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.