Rusiya XİN zambiyalı tələbənin Ukraynada öldürülməsini araşdırır

Rusiya XİN zambiyalı tələbənin Ukraynada öldürülməsini araşdırır
# 15 noyabr 2022 13:50 (UTC +04:00)

Moskva Rusiyada məhkum olunmuş Zambiyadan olan tələbənin ölüm şəraitini araşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib.

“İndi biz bu məsələni araşdırırıq. Lusakada səfirliyimizdə təmaslar olub. Biz bütün şəraiti öyrənirik”, - Boqdanov vurğulayıb.

Zambiya Xarici İşlər Nazirliyi Rusiyada törətdiyi cinayətə görə 2020-ci ildə 9 il yarım həbs cəzasına məhkum edilmiş 23 yaşlı tələbə Lemehani Nathan Nairandanın 2022-ci ilin sentyabrında Ukraynada həlak olması haqqında məlumat yayıb. Xarici İşlər Nazirliyinin bəyanatında Lusakanın Rusiyadan tələbənin ölüm şəraiti ilə bağlı məlumat tələb etdiyi vurğulanıb. Zambiya Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda mərhumun cənazəsi Rostovdadır və vətənə göndəriləcək.

Qeyd edək ki, Rusiya tərəfinin Ukraynadakı müharibəyə məhbusları cəlb etməsinə dair məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR