Rusiya XİN: Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir

Rusiya XİN: Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir
# 18 iyul 2019 06:42 (UTC +04:00)

Rusiyada Gürcüstan vətəndaşlarına viza rejiminin ləğvi məsələsi hələ də qüvvədədir.

APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin səsləndirib.

O bildirib ki, Tbilisidə baş vermiş son hadisələr və iki ölkə arasında müşahidə edilən soyuq münasibət rəsmi Moskvanı fikrindən döndərməyib. Karasin əlavə edib ki, vizanın ləğvi üçün gürcü tərəfinin görüş təklifi şərtdir.

XİN rəsmisinin sözlərinə görə, Moskva əlaqələrin yoluna düşməsi üçün əlindən gələni edir və rəsmi Tbilisini də eyni addımları atmağa səsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR