Rusiya Yaponiyanı keçmişdən dərs çıxarmağa çağırıb

Rusiya Yaponiyanı keçmişdən dərs çıxarmağa çağırıb
# 30 yanvar 2023 14:02 (UTC +04:00)

Rusiya Yaponiyanı militarizm siyasəti ilə bağlı keçmişin dərslərini daha yaxşı xatırlamağa çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilib.

Qeyd olunub ki, Yaponiya-ABŞ alyansının Rusiya və Çinə qarşı yönəlmiş hərbi-strateji planları Asiya-Sakit Okean regionunda gərginliyi artıra bilər.

"Bununla əlaqədar olaraq, biz Yaponiya tərəfinə keçmişin dərslərini tam xatırlamağın vacibliyini qeyd edirik. Tokio militarizm siyasətinin nəyə gətirib çıxardığını yaxşı bilir", - deyə Rusiya XİN-nin məlumatına vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR