Rusiya Yaponiyanın Baş naziri və xarici işlər nazirinə sanksiya tətbiq edib

Rusiya Yaponiyanın Baş naziri və xarici işlər nazirinə sanksiya tətbiq edib
# 04 may 2022 12:53 (UTC +04:00)

Rusiya 63 Yaponiya vətəndaşına sanksiya tətbiq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yaponiya Baş naziri və xarici işlər nazirinin Rusiyaya girişi qadağan edilib.

Eyni zamanda, Rusiya Yaponiyanın müdafiə, maliyyə və ədliyyə nazirlərini “qara siyahı”ya daxil edib, onların Rusiya ərazisinə girişi qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR