Rusiya “YouTube”a girişi əngəlləmək niyyətində deyil

Rusiya “YouTube”a girişi əngəlləmək niyyətində deyil
# 17 may 2022 14:54 (UTC +04:00)

“Rusiya hakimiyyəti “YouTube” videohostinqinə girişi əngəlləmək niyyətində deyil”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev bildirib.

“Hər şeydən əvvəl, nəyisə məhdudlaşdıran zaman aydın başa düşməliyik ki, istifadəçilərimiz əziyyət çəkməyəcək”, - deyə rusiyalı nazir vurğulayıb.

O xatırladıb ki, Rusiyanın qarşısında onunla rəqabət apara biləcək Amerika video platformasının analoqunu yaratmaq vəzifəsi durur.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkədə internetin söndürülməsi ehtimalını istisna etdiyini bildirib. Onun sözlərinə görə, prezidentin indi aydın şəkildə qarşıya qoyduğu tapşırıqlar yerinə yetiriləcək və heç kim internetə çıxışsız qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR