Rusiyada 15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürüb

Rusiyada 15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürüb
  • Clock-gray 11:54
  • calendar-gray 03 Oktyabr 2019

Rusiyada məktəbli qətl törədib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Moskva ətrafında yerləşən Balaşixa şəhərində sahibsiz binada 15 yaşlı məktəbli qızın meyiti tapılıb. Meyitin baş nahiyəsində zədələr olub. Faktla bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları araşdırma nəticəsində qətldə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Məlum olub ki, hadisəni qızla paralel sinifdə oxuyan 15 yaşlı oğlan törədib.  

Yeniyetmə istintaqa ifadəsində qətl törətdiyini etiraf edib. O bildirib ki, həmyaşıdı olan qızla mübahisə gözlənilmədən münaqişəyə çevrilib və bu zaman onu öldürüb. Məktəbli hadisədən peşman olduğunu da deyib.  

Araşdırmalar davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date