Rusiyada 29 nəfər yeməkdən zəhərlənib

Rusiyada 29 nəfər yeməkdən zəhərlənib
# 19 noyabr 2019 12:56 (UTC +04:00)

Rusiyanın Perm vilayətində 29 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Perm Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, onlar Perm vilayətində yerləşən iki kafedə yeməkdən zəhərləniblər.

“Bizdə olan məlumata görə, 29 nəfər zəhərlənib. Onlardan üç nəfəri uşaqdır. Onların hamısına ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır”, - deyə məlumatda bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR