Rusiyada alkoqol zəhərlənməsindən ölənlərin sayı 31 nəfərə çatıb

Rusiyada alkoqol zəhərlənməsindən ölənlərin sayı 31 nəfərə çatıb
# 08 iyun 2023 18:34 (UTC +04:00)

Rusiya Səhiyyə Nazirliyi saxta alkoqol zəhərlənməsindən ölənlərin sayını açıqlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Nazirlik indiyə kimi 31 nəfərin saxta alkoqol zəhərlənməsindən öldüyünü açıqlayıb.

66 nəfərin isə bu içkidən zəhərləndiyi bildirilib.

Qeyd edək ki, zəhərlənmə əsasən, Ulyanovsk vilayətində baş verib.

Xatırladaq ki, insan ölümünə səbəb olan “Mistr sidr” markalı içkinin surroqat, yəni süni spirt qatqısı və aromatizatorla hazırlandığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR