Rusiyada ana iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb

Rusiyada ana iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb
# 14 noyabr 2019 06:14 (UTC +04:00)

Moskvanın şimal-şərqində yerləşən Babuşkinski rayonunun Çiçerin küçəsindəki 6 nömrəli yaşayış binasının yaxınlığında bir qadın və azyaşlı uşağın cəsədi tapılıb.

APA “İnterfax”a istinadla xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

İlkin məlumata görə, ana özünü iki azyaşlı övladları ilə birgə 9-cu mərtəbədən atıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası uşaqlardan birinin sağ olduğunu bildirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Uşqalardan birinin 6 aylıq qız, digərinin isə altı yaşlı oğlan olduğu deyilir.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (qətl) ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR