Rusiyada anbarda baş verən yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Rusiyada anbarda baş verən yanğın məhdudlaşdırılıb - VİDEO  - YENİLƏNİB
# 12 yanvar 2023 07:57 (UTC +04:00)

Sankt-Peterburqda Sverdlovsk sahilindəki yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

400 kvadratmetr sahədə məhdudlaşdırılan yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində ümumilikdə 70-dən çox xilasedici və 18 texnika çalışır.

***

Saat 05:36

Rusiyanın Sankt-Peterburq şəhərində anbar yanıb.

APA xəbər verir ki, bu barədə “zvestiya! Qəzeti məlumat verib.

Hazırda yanğınsöndürənlər yanğınla mübarizə aparır.

200 kvadratmetr sahəni əhaətə edən yanğın yeri ikinci dərəcəli mürəkkəblik dərəcəsi kimi qiymətləndirilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR