Rusiyada avtobus qəzasında ikisi uşaq olmaqla 22 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada avtobus qəzasında ikisi uşaq olmaqla 22 nəfər yaralanıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 02 yanvar 2022 12:58 (UTC +04:00)

Rusiyada Ryazan vilayətinin Skopinski rayonunda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 22-yə çatıb.

APA bildirir ki, bu barədə TASS agentliyi vilayət prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 22 nəfər xəsarət alıb, onlardan 12 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər evə buraxılıb. Prokurorluq əlavə edib ki, yaralılar arasında iki uşaq da var. Onlar xəstəxana yerləşdirilib. Üç nəfərin vəziyyəti ağırdır, reanimasiyadadır.

***

Saat 09:44

Rusiya Daxili İşlər Nazirliyi Ryazan vilayətində baş verən qəzada 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı barədə məlumat yayıb.

Qeyd edək ki, əvvəlcə 14 yaralının olduğu bildirilmişdi.

***

Saat 09:20

Rusiyanın Ryazan vilayətində avtobus qəzası nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə RİA Novosti-yə Daxili İşlər Nazirliyinin regional qərargahından məlumat verilib.

Hadisə yerli vaxtla saat 05.45 radələrində Moskva - Həştərxan magistralının Skopinski rayonunun Voslebovo kəndi yaxınlığında baş verib.

Məlumata görə, nəqliyyat vasitəsi Moskvadan Həştərxana doğru hərəkət edirmiş və dəmir yolu körpüsünün dayağına çarpılıb. Avtobusda 49 sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR