Rusiyada avtomobil çayda batıb, altısı azyaşlı olmaqla, on nəfər boğulub

Rusiyada avtomobil çayda batıb, altısı azyaşlı olmaqla, on nəfər boğulub
# 12 iyul 2019 12:13 (UTC +04:00)

Rusiya Federasiyasının Tuva Respublikasında faciə baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, UAZ markalı avtomobil Şuy çayından keçərkən batıb.

Avtomobildə olan on nəfər çayda boğulub. Ölənlərdən altısı azyaşlıdır.

Məlum olub ki, avtomobildə iki ailə olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR