Rusiya Federasiyasının Buryatiya Respublikasında 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza zamanı xəsarət alan 9 nəfərin dördü uşaqdır. 7 nəfərə yerində tibbi yardım göstərilərək ambulator müalicə təyin edilib. 2 ağır yaralı isə xəstəxanaya yerləşdirilib.