Rusiyada avtomobillə avtobus toqquşub, 10 nəfər xəsarət alıb

Rusiyada avtomobillə avtobus toqquşub, 10 nəfər xəsarət alıb
# 22 yanvar 2023 01:59 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarının Slavyansk-na-Kuban şəhərində minik avtomobili avtobusla toqquşub.

APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Avtobusun xəsarət alan 4 sərnişini Slavyanski Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qalan 6 nəfər yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR