Rusiyada Azərbaycan vətəndaşlarının da olduğu anbarda meningitə yoluxma qeydə alınıb

Rusiyada Azərbaycan vətəndaşlarının da olduğu anbarda meningitə yoluxma qeydə alınıb
# 29 noyabr 2022 15:08 (UTC +04:00)

Moskva vilayətində aralarında Azərbaycan vətəndaşlarının olduğu internet mağazasınının anbarında meningit xəstəliyinə kütləvi yoluxma qeydə alınıb

Moskva vilayətində yerləşən “Ozon” internet mağazasının anbarının işçiləri kütləvi şəkildə meningit xəstəliyinə tutulublar.

APA-nın Rusiya bürosu xəbər verir ki, aralarında Azərbaycan, Qırğızıstan, Belarus, Tacikistan və Özbəkistan vətəndaşlarının olduğu 30-dan çox insan Krasnoqorsk, Dedovsk və İstra xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilib .

Məlumata görə, virusa yoluxanların hamısı Naxabino yataqxanasında bir otaqda 4-5 nəfər yaşayırmış. Bir neçə gün əvvəl həmin şəxslərdə kəskin baş ağrısı, qızdırma və öskürək olub. Hazırda onların çoxu reanimasiyadadır.

“Rospotrebnadzor” Moskva vilayətindəki OZON anbarında meningit xəstəliyinin baş verməsi ilə bağlı vəziyyəti ciddi nəzarətə götürüb. İşçilər karantinə yerləşdirilib və hazırda şəhərdə virusun yayılmasının qarşısını almaq üçün xəstələrlə təmasda olanlar müəyyənləşdirilir.

Qurumdan bildirilib ki, onlar OZON işçilərinin peyvəndlənməsinə və dezinfeksiya, tibbi müayinə və laboratoriya müayinələri ilə total profilaktikaya başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR